Müğənni Nadir Qafarzadənin söyüb təhqir etdiyi vətəndaş hüquqlarının qorunması üçün hüquqşünaslardan kömək istəyir.
Tribunainfo.az xəbər verir ki, bu barədə müğənninin təhqir etdiyi vətəndaş Qəşəm Niftəliyev bildirib. Onun sözlərinə görə, aidiyyəti yerlərə müraciət etsə də, tədbir görülmür:
“Nadir Qafarzadə ilə mənim aramda aylardır həllini tapa bilmədiyim bir məsələm var. Sosial şəbəkədə türkçülüyü tənqid etdiyi üçün ona irad bildirmişdim. Şəxsidə mənə söyüşlü təhqirli sözlər yazdı. Balalarımı düşündüyümdən qanuni yollara baş vurdum. 102 xidməti Sabunçu bölməsinə yönləndirsə də, məsələyə baxılmadı. Növbəti dəfə 3 lazımı yerə ərizə göndərdim. Çatsa da mənə dönüş olunmayıb.
Söydüyü söyüşlərin, təhqirin cavabını almasını istəyirəm. Bunun üçün mənə kömək edəcək vəkil lazımdır. Yazdıqlarını saxlamışam”.