Müğənni Nadir Qafarzadə oğlu Əzizin toyunu yayın ilk aylarında etməyi planlaşdırır. Tribunainfo.az xəbər verir ki, müğənni bu barədə “İncə səhər” verilişində danışıb.
“Toyu elə vaxta salacağam ki, heç biriniz “işim var” deməyəcəksiniz. Yalandan “toyum var” deməyin, inanmayacağam. Bütün respublikanı dəvət edəcəyəm. And içmişəm, küçədə kimə salam verdimsə, dəvətnamə verəcəyəm. Birinci toyda çağırsam da, pul göndərib, özü gəlməyənləri bu dəfə toya dəvət etməyəcəyəm. Məni konvert təəccübləndirməyəcək, qonağın gəlişi təəccübləndirəcək. Bizi nə ilə təəccübləndirə bilərsiniz? Hər şeyi görmüşük, dünyanı da gəzmişik. “İkra” da yemişik, pendir-çörək də…”, – o bildirib.
Pravda.az