Nadir Əliyev azadlığa buraxıldı – Digərinə 7 il həbs!backend

Nadir Əliyev azadlığa buraxıldı – Digərinə 7 il həbs!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, A.Həsənov və N.Əliyev hər ikisi verilmiş ittihamlarla təqsirli bilinib.

Onların hərəsinə 7 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Fərid Namazovun sədrlik etdiyi hakimlər cəzanı N.Əliyevə münasibətdə şərti hesab edib. O, 2 il sonra məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Digər müttəhim cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Prokuror isə onların hərəsinə 11 il 6 ay həbs cəzası tələb etmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2022-ci ildə həbs ediliblər.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar.

N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülmüşdü.