Zəlzələ üzrə alim Prof. Dr. Naci Görür qatıldığı televiziya proqramında Tunceli və Elazığdakı zəlzələ təhlükəsinə diqqət çəkərək, Bursansanın Gemlik mahalı üçün həyati xəbərdarlıq edib. Görür, “Gemlik mütləq daşınmalıdır. Sağ qalma şansı yoxdur” deyib.
Tribunainfo.az-ın xəbərinə görə, son günlər bir-birinin ardınca baş verən zəlzələlər başda İstanbul olmaqla bölgədə yaşayan vətəndaşları qorxuya salıb. Bu zəlzələlər böyük bir İstanbul zəlzələsinin xəbərçisidir. Candaş Tolga Işık Proqramında ola biləcək İstanbul zəlzələsi ilə bağlı qiymətləndirmələr edən Prof. Dr.Naci Görür, Türkiyənin Gemlik rayonu üçün də diqqətçəkən xəbərdarlıq edib.
“Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimal Anadolu fayının cənub qırağında yerləşir və yeri dəniz qumu ilə doludur. Qaçmaq şansı yoxdur”.
Prof. Dr. Naci Görür İstanbul bölgəsində fay xətti olmadığını iddia edən ekspertlərə reaksiya verib və “Əvvəla bunu deyənlər alim deyil. Titerin olması o demək deyil ki, sən alimsən. Alim tədqiqat aparan, tədqiqat nəticəsində məlumatları toplayan, həmin məlumatları laboratoriyada təhlil edib şərh edən, beynəlxalq ictimaiyyətə təqdim edən və dərc edən şəxsdir”.