Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.
08.59
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı kəskin artıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar 694 nəfərin həyatına son qoyub, 1 670 şəxs zəlzələ nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Martın 28-də qeydə alınan güclü təkanlar demək olar ki, bütün ölkə ərazisində dağıntılara səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, bir çox yaşayış binaları, inzibati binalar və xəstəxanalar uçub.