backend

Müzakirə edəcəyimiz xeyli məsələ var – Netanyahu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda səfərdə olan İsrailin baş naziri Binaymin Netanyahu Prezident İlham Əliyev və digər rəsmilərlə iki saat qapalı görüş keçirib. 

Azərbaycanda səfərdə olan İsrailin baş naziri Binaymin Netanyahu Prezident İlham Əliyev və digər rəsmilərlə iki saat qapalı görüş keçirib.

TİA.AZ xəbər verir ki, bu barədə “Jerusalim post” məlumat yayıb.

Azərbaycana ikinci dəfə səfərə gələn İsrailin baş naziri prezidentə Bakının xeyli dəyişdiyini, bu şəhəri bəyəndiyini deyib.

“Mən bura ikinci dəfədir gəlirəm. Azərbaycan və İsrail, Azərbaycan və yəhudi xalqı arasında çox yaxşı əlaqələr var. Yəhudi xalqı özünü Azərbaycanda rahat hiss edir. Hazırda İsraildə Azərbaycandan gəlmə 17 min yəhudi yaşayır. Onlar ölkələrimiz arasında körpü rolunu oynayırlar. Ona görə də bizim enerji sektoru da daxil olmaqla müzakirə edəcəyimiz xeyli məsələlər var”, –Netanyahu bildirib.

“Yəhudi icması Azərbaycan cəmiyyətinin aktiv hissəsidir və onlar bizim ölkəmizin inkişafına öz töhfələrini verirlər. Siz bu gün onlarla görüşəcəksiniz. Bu, ikitərəfli əlaqələrimizdə çox vacib amildir”,-deyə Azərbaycan prezidenti vurğulayıb.