Muxtar Babayev Finlandiyanın xarici ticarət və inkişaf naziri ilə görüşüb

Muxtar Babayev Finlandiyanın xarici ticarət və inkişaf naziri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Finlandiya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.