Muxtar Babayev Almaniya səfirini və “KFW” bankının nümayəndə heyətini qəbul edib

Muxtar Babayev Almaniya səfirini və “KFW” bankının nümayəndə heyətini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab və Almaniyanin “KFW” bankının nümayəndələri arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, görüş zamanı ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində indiyədək görülmüş işlər və gələcək əməkdaşlıq planları müzakirə edilib.