Gənc müxalifyönlü fəal Aslan Həmidli sentyabrın 1-də keçiriləcək növbədənkənar Milli Məclisə seçkilərdə iştirak niyyətini açıqlayıb.
Pravda.az-ın xəbərinə görə, o, əvvəlcə 96 saylı Goranboy – Naftalan seçki dairəsindən namizədliyini irəli sürüb, müvafiq sənədləri dairə seçki komissiyasına təqdim edib.
Bir neçə gündən sonra isə o, bu dairədən imtina edərək 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.
A.Həmidlinin 96 saylı Goranboy – Naftalan seçki dairəsindən namizədliyini geri götürməsi müzakirələrə səbəb olub. Müzakirələr zamanı Yeni Azərbaycan Partiyasının həmin dairədən namizəd irəli sürdüyü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Bədəl Bədəlov fəaliyyəti diqqət çəkib. Bildirilib ki, B.Bədəlov dairədən namizədliyini irəli sürənlərin hamısı ilə bağlı məlumatlıdır. Bu baxımdan A.Həmidlinin də geri çəkilməsi müəmma olaraq qalı