“Müxalifət Azərbaycanla sülh prosesini pozmaq istəyir”

“Müxalifət Azərbaycanla sülh prosesini pozmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan müxalifətinin atdığı addımlar Azərbaycanla sülh prosesini təhlükəyə atmaqdır”.

Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Armen Xaçatryan deyib.

Onun sözlərinə görə, Ermənistan müxalifəti nəyin bahasına olursa olsun Rusiyanın əlaltısı olmaq fikrindən əl çəkmir. “Bundan əvvəl müxalifət deyirdi ki, 10 noyabr sənədi kapitulyasiyadır. İndi isə deyirlər ki, həmin sənədə qayıdılmalıdır. Bu necə olur? Belə çıxır ki, onlar kapituliyasiyanı qəbul edirlər”.

Xaçatryan Zəngəzur dəhlizi barəsində də danışıb. O deyib ki, dəhlizlə bağlı tezliklə Amerika tərəfi ilə görüşlər keçiriləcək.

Fərda Uğur