Konya Texniki Universitetindən Prof. Dr. Fətullah Arık Konya ilə müəyyən edilən çuxurların 16 fərqli vilayət üçün risk yaratdığını, Konyada olduğu kimi bu şəhərlərdə də çuxur risk xəritəsinin planlandığını bildirib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Konya hövzəsində yeraltı suların çəkilməsi və torpağın çökməsi nəticəsində yaranan çuxurların sayı 2200-ü keçib. Ən çox Karapınar mahalında meydana gələn çuxurlar son illərdə eyni bölgənin Ereğli, Halkapınar, Emirqazi, Çumra və Cihanbəyli, Qulu, Yunak, Çeltik və Altınekin rayonlarında da görülməyə başlayıb.
Bunun üzərinə AFAD və Konya Texniki Universitetinə bağlı Obruk Tətbiq və Araşdırma Mərkəzi risk xəritəsi hazırlamaq üçün hərəkətə keçdi. 3 illik iş nəticəsində çuxur risk xəritəsi yaradılıb. Konya Texniki Universiteti Geologiya Mühəndisliyi Bölüm Başçısı və Obruk Tətbiq və Araşdırma Mərkəzi Müdiri Prof. Dr. Fətullah Arık layihənin Konya düzündə bitdiyini, lakin bütün Türkiyə boyu davam edəcəyini bildirib.