Mütəxəssislər: Pullu antivirus proqramlarından imtina edin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssis Cek Moris istifadəçilərə pullu antivirus proqramlarından imtina etməyi təklif edir.
 Mütəxəssis Cek Moris istifadəçilərə pullu antivirus proqramlarından imtina etməyi təklif edir.

TİA.AZ
-ın Gazetadaily.ru saytına istinadən məlumatına görə, o hesab edir ki, cihazların əməliyyat sistemində olan müdafiə kifayət edəcək.  

C.Moris “Mashable” portalına bildirib ki, artıq müxtəlif antivirus proqramlarının zamanı tədricən bitir və adi istifadəçiyə onlar lazım deyil. Çünki “Windows” əməliyyat sistemi özünün “Windows Defender” antivirusunu istifadə edir, “Apple” isə əvvəldən kompüterin virus və troyanlardan müdafiəsi üçün öz antivirusunu təklif edir.

Bununla belə, bir çox mütəxəssislər hesab edirlər ki, pulsuz antivirus proqramları kompüteri müdafiə etməyə qadir deyil və onlar populyar tərtibatçıların antiviruslarını yükləməyi təklif edirlər.