Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Tevfik Özlü, “Yay aylarının gəlişi ilə istilik və günvurma səbəbiylə ürək çatışmazlığı, aritmiya, qaraciyər zədələnməsi, epileptik tutmalar, damardaxili laxtalanma, tənəffüs və böyrək çatışmazlığı yarana bilər. Körpələr, uşaqlar, işçilər və əsgərlər xüsusilə risk altındadır”.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, həddindən artıq istilər insan sağlamlığına mənfi təsir göstərir. Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə günorta saatlarında birbaşa günəşə məruz qalma, qapalı məkanlarda həddindən artıq istidə olmaq beyin, ürək və böyrək kimi orqanlarda problemlər yarada bilər.
Həddindən artıq istilərin müxtəlif xəstəliklərə səbəb olacağını açıqlayan Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Tevfik Özlü , “İstiyə məruz qalma müddətinə və şiddətinə və insanın ümumi vəziyyətinə görə beyin, ürək, böyrək kimi orqanlarda problemlər yarana bilər. Ürək çatışmazlığı, aritmiya, qaraciyərin zədələnməsi, epileptik tutmalar, damardaxili laxtalanma, tənəffüs və böyrək çatışmazlığı baş verə bilər. Həddindən artıq istilər sağlamlıq üçün təhlükədir. Bu risk xüsusilə körpələr, uşaqlar, qocalar, xroniki xəstəlikləri olanlar, hamilə qadınlar, vəzifələrinə görə ağır iş görmək məcburiyyətində qalanlar, idmançılar, əsgərlər, yol, tikinti və kənd təsərrüfatı işçiləri üçün daha yüksəkdir.