“Bank of Baku”nun göstərdiyi xidmətin səviyyəsindən müştərilərinin narazılığı artmaqdadır.
Tribunainfo.az xəbər verir ki, bu barədə yazanlardan biri də Aytən Qaradağ imzalı xanımdır. O bildirib ki, 1 saat “Bank of Baku”da növbə gözləyib. Növbəsi çatanda isə bank əməkdaşları nahar fasiləsinə ayrılıb:
“1 saat olurdu ki, oturub növbəmi gözləyirdim. Nəticədə 13.05-də resepşn masasına yaxınlaşdıkdan sonra mənə bildirilib ki, filial nahara bağlanıb və 1 saat işləməyəcək.
Divara da fəxr ilə diplom asıblar ki, göstərdikləri servis üzrə 2-ci yer tutublar. Bunlar ikinci yerdədirsə, 3-cü və 4-cü yerləri təsəvvür etməyə qorxuram”.
Xaqani Məcidov da “Bank of Baku”nun göstərdiyi xidmətdən narazıdır. O da qeyd edib ki, “Bank of Baku”ya göndərdiyi sorğuya 45 gündür cavab verilmir:
“Sorğuya heç bir cavab vermirsiz. Araşdırılıb cavab veriləcək deyilsə də heç bir cavab verilmir. Mərkəzi Banka bununla bağlı müraciət etmişəm və məhkəmə orqanlarına da müraciət edəcəm. Bu qədər süründürməçiliyin səbəbini anlaya bilmirəm”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman