MÜŞTƏRİDƏN ƏHALİYƏ ÇAĞIRIŞ: DİQQƏTLİ OLUN, “UNİBANK” BELƏ ALDADIR – FOTObackend

MÜŞTƏRİDƏN ƏHALİYƏ ÇAĞIRIŞ: DİQQƏTLİ OLUN, “UNİBANK” BELƏ ALDADIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” müştərisi Rəşad Talıbov başına gələnləri bölüşüb. TİA.Az-ın verdiyi məlumata görə, müştəri hesab.az mobil tətbiqi vasitəsi ilə başqa bir bankın kartından “masterkart” “unibankın” kartına dalbadal 3 dəfə 100+200+ 100 azn pul köçürüb, amma pul karta oturmayıb. Şikayətçi deyir ki, dərhal “hesab.az” a zəng edib səbəbini öyrənib: “Dedilər ki, “Unibank”ın sistemində problem var, tək siz deyilsiz, başqa müştərilər də var, bu barədə “Unibank”a müraciət etmişik, sorğu göndərmişik, cavab verilməyib.

Cavab veriləndə sizə bildirəcəyik. Daha sonra Unibanka zəng etdim, operator bildirdi ki, belə bir ödəniş olmayıb, olubsa çekləri təqdim edim. Hesab.aza yenidən zəng etdim sağ olsunlar dərhal çeklərin sürətini vatsapa göndərdilər, unibankın işçisinin dediyi kimi, çekləri bank@unibank.az elektron unvanına göndərdim, ordan isə mənə elektron qaydada müraciətlərə baxılmadığını və 117 çağırış mərkəzinə zəng etməli olduğumu yazdılar.

Mən də 117diyə zəng etdim, bir xanım götürdü, araşdırarıq deyib yola verdi. Axşam bir də zəng etdim, yenə də araşdırarıq dedilər, mən təbii ki, bir az əsəbi idim və səs tonumu qaldırdım, həmin tərbiyəsiz işçi trubkanı qulağıma “odboy” verdi. Bir də zəng etdim, başqa bir xanım götürdü, Zəhra adlı, sağ olsun çox mərifətli və qanacaqlı insan kimi danışdı və məsələni rəhbərliyə bildirdiyini deyərək mənə zəng edəcəyini bildirdi. 1 saat sonra zəng etdi və yaxın zamanda məsələ həllini tapacağını və problemin hesab.azda olduğunu bildirdi. Mən yenə də hesab.aza əlaqə saxladım, onlar isə özlərində heç bir problem olmadığını və problemin uni bankdan qaynaqlandığını bildirdilər. Unibank isə yaxın zamanın nə qədər vaxt olduğunu demək istəmir və 1 həftədir ki, 400 azni qaytarmaq istəmir. Əvvəllər də unibank bir dəfə 150 manatımı, bir neçə dəfə isə kiçik məbləğlərin “dalına keçib”. Sadəcə kiçik məbləğlər olduğu üçün qanımı qaraltmaq istəməmişəm. Bilmənizi istəyirəm ki, Unibank sizləri aldadır diqqətli olun”.

TİA.Az