Müştəri “Unibank”ın yalanını üzə çıxardı – Foto

Müştəri “Unibank”ın yalanını üzə çıxardı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Unibank” müştərisi olan “ucard” istifadəçisi Xalid Quliyev bankın növbəti keşbek yalanını üzə çıxarıb.

Tribunainfo.az-ın xəbərinə görə, şikayətçi bildirib ki, “ucard” problemləri bitmək bilmir:

“Rəsmi şəkildə bildirirlər və şəkildən də görünür ki, Araz supermarketlərdə 6% keşbek verirlər. Amma gedirsən alış veriş edirsən 3%-lə hesablanır. Yığırsan müştəri mərkəzlərinə, deyir, növbədə ən yaxşı halda 10-15-cisən. Gözləyirsən, qazandığın keşbekin 5 qatı da balansından çıxış. Operator qız nəsə səhvlik olduğunu, qeydiyyata aldıqlarını bildirir. Həftələr keçir, geri dönüş yoxdur və eyni vəziyyət davam edir.
Yəni “ucard” əldə etmək istəyənlər, artıq iki dəfə düşünün, məncə”.

Roman