Müştəri onun 2 manat 27 qəpiyinə göz dikən Bank of Baku-nu “Dilənçi  bank” adlandırdı…

Müştəri onun 2 manat 27 qəpiyinə göz dikən Bank of Baku-nu “Dilənçi bank” adlandırdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə mətbuatında tənqidi  yazılar arasında banklardan narazıçılıq  üstünlük təşkil  edir.

Bu sarıdan ələlxüsus Bank of Baku-nu  liderlər sırasına aid etmək olar. Bank of Baku –dan növbəti şikayəti Elvin  Zeynalov adlı “feysbuk” istifadəçisi öz şəxsi səhifəsində  paylaşıb.

TİA.AZ xəbər verir ki,o statusunda Bank of Baku-nu vətəndaşlara ödəniləcək kompensasiyaya belə göz dikməkdə günahlandırır.TİA.AZ şikayəti olduğu kimi təqdim edir: “Bank of Baku-nun kompensasiya kartından 750 manatı çıxartmışdım, 2.27 manat qalıq almışdı. Dünən saldım kartı bankomata,gördüm ki, ləğv ediblər kartı. Dilənçi bank… Hələ 1 il müddəti var idi kartın ,ay dilənçilər…”