Vətəndaşların bir çoxu ölkədəki banklardan narazıdır. Vətəndaşların bir çoxu ölkədəki banklardan narazıdır. TİA.AZ –a müraciət edən Nigar Məmmədova Kapital Bank və ən əsası onun “Şuşa Filialı”ndan narazılıq edib: “ Bir müddət öncə açdırdığım kart hesabına maaş hələ də yerləşdirilməyib. Bu nə özübaşınalıq və xidmətdir?! Kartı açdıranda 32 AZN almaq asan gəlir. Amma nə olardı ki, xidməti də adam balası kimi göstərsinlər?! Bu gün banka yaxınlaşmışam “yalnışlıq olub” deyirlər. İnsan övladları, mən anlaya bilmirəm niyə görə yalnışlıq olmalıdır?! Ağıllı-başlı, savadlı birini işə götürmək bu qədər çətin olmamalıdır axı. Yoxsa, sizə o pulu bir neçə gün (dəqiq desək 9 gün ) dövriyyə etmək sərf etdiyi üçün bunu “yalnışlıq” deyə adlandırırsınız ?! Reklamlarınız çox “əla” şəkildə olduğunu zənn edən, müdiriyyət, xahiş olunur müştəri xidmətinizə bir nəzarət edəsiniz. İndi isə, sadəcə “AR olsun!” deyirəm bu xidmətinizə. Gedin bir az Customer Services Training-ləri alın. Bəlkə üfüqdə bir işıq göründü.”
NÜŞABƏ
TİA.AZ