“Müstəqillik və milli mənsubiyyətin müqəddəs rəmzi – ÜÇRƏNGLİ BAYRAĞIMIZ”backend

“Müstəqillik və milli mənsubiyyətin müqəddəs rəmzi – ÜÇRƏNGLİ BAYRAĞIMIZ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB layihəsinə bu mövzu ilə start verdi

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant maliyyəsi əsasında “Milli irsin təbliği” layihəsinin icrasına H.İskəndərov adına 206 saylı  tam orta məktəbdə başladı.  Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə start götürən layihənin ilk təliminə başlayan İB sədri Əli Cəfərov bildirdi ki, layihə çərçivəsində milli irsimizin təbliği, yeniyetmə və gənclərin dövlət rəmzlərimiz haqqında anlayışlarının yaranmasına hesablanmış mövzuların şagird və yeniyetmələrə çatdırılması üçün xüsusi təlim proqramlarına başlayırlar: “İlk təlimimiz “Müstəqilliyik və milli mənsubiyyətin  müqəddəs rəmzi – ÜÇRƏNGLİ BAYRAĞIMIZ” adlanır. Təlimdə bayrağımız və eləcə də digər dövlət rəmzlərimiz haqqında, həmçinin onların yaranma tarixi, yaranma səbəbləri və  dərin məzmunları barədə geniş bilgilər veriləcək”.

İB sədri onu da söylədi ki, təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək. Tədbirlər planına əsasən, həmçinin disputlar, şeir və inşa müsabiqəsi də təşkil olunacaqdır. Şagirdlərlə qısa tanışlıqdan sonra lahiyyə rəhbəri təlimin məqsəd və məramı haqqında ətraflı məlumatlar verərək bildirdi kı, layihə tədbirlərinin əsas məqsədi adından da göründüyü kimi, milli irsimizin təbliği, yeniyetmə və gənclərin dövlət rəmzlərimiz haqqında təfsilatlı anlayışlarının yaranması və dövlət rəmzlərimizin üzərində daşıdığı hər bir dərin məzmunu dərk etməklə onlara olan sevgilərinin artırılmasına

hesablanıb. Layihənin ana xətti barədə bir qədər də geniş məlumat verən Ə.Cəfərov bildirdi ki, onlar bu vasitə ilə hər bir gənci, hər bir ailəni dövlət rəmzlərimizin təbliğatçısına çevirmək, eyni zamanda vətənpərvərlik hisslərini gücləndirməklə milli şüuru, milli düşüncəni inkişaf etdirmək istəyirlər.

Layihə rəhbəri çıxışının sonunda bir daha belə milli məzmun çalarlı layihənin icrasına qrant maliyyəsi ayırdığına görə donor təşkilata minnətdarlığını ifadə etdi: “Belə vacib, milli dəyərlərə söykənən layihənin reallaşdırılmasına maliyyə ayırdığına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə xüsusi təşəkkürümü bildirirəm. Onu da qeyd etməyi vacib bilirəm ki, nəticəsinin bütün ölkə gəncliyinin həyatında əks-səda verməsi son dərəcə vacib olan bu layihə üzrə gördüyümüz işləri mütəmadi olaraq kütləvi informasiya vasitələri və sosial media vasitəsilə işıqlandıracağıq.  Layihəni Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Baş Təhsil idarəsi, Kütləvi İnformasiya Vasitələri və mütəxəsislərlə daim əlaqəli şəkildə icra edəcəyik”.

Sonra söz 206 saylı məktəbin direktoru Cavid Cəfərzadəyə verildi . O, belə ümummilli məzmunlu son dərəcə vacib bir mövzunun həyata keçirilməsi üçün məhz onların məktəbinin seçildiyinə görə layihə icraçılarına təşəkkür etdi. Rəhbərlik etdiyi məktəbin şagirdlərinin bu konteksdə xüsusi maariflənəcəyindən məmnun qaldığını söyləyərək layihə rəhbərinə və şagirdlərə uğurlar arzuladı.

Sonra söz təlimçi Hüseynova Mahirəyə  verildi. O, dövlət rəmzlərimiz haqqında qısa məlumat verərək  təlim iştirakçılarını rəmzlərimizə həsr olunmuş slayda baxmağa dəvət etdi. Slayd-şouda dövlət rəmzlərimiz barədə bir sıra məlumatlar ətraflı analitik bilgilərlə təsvir olunmuşdu.

Təlimşi sonda sağirdlərə rəmzlərimizlə bağlı suallar verdi. Sagirdlərdən Soltanlı Ayan, Babayeva Elnurə, Abbaszadə Banu və Ağazadə Yusif  verilən sualları cavablandırdıqdan sonra təlimçi ayrı-ayrılıqda Bayrağımız, Gerbimiz və Himnimizin ideoloji əsasları, onların yaranma tarixləri barədə geniş izahatlar verdi.