Müstəqillik tariximizdə ilk – Gələn il Xankəndi şəhərinin gəlir və xərcləri olacaqbackend

Müstəqillik tariximizdə ilk – Gələn il Xankəndi şəhərinin gəlir və xərcləri olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn il dövlət büdcəsindən cəmi 5 rayona vəsait ayrılacaq.
Yeniavaz.com xəbər verir ki, bu məlumat, “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.
Gələn il aşağıdakı rayonların yerli xərclərini qarşılmaq üçün mərkəzi büdcədən vəsait ayrılacaq:
Cəbrayıl r. – 683 min manat
Xocalı r. – 994 min manat
Xocavənd r. – 1 milyon 84 min manat
Kəlbəcər r. – 1 milyon 149 min manat
Yardımlı r. – 1 milyon 377 min manat
Bunlardan başqa gələn il Xankəndi şəhəri üzrə 500 min manat gəlir əldə olunacaq və bu vəsaitin hamısı şəhərin yerli xərclərinə yönəldiləcək. Gələn il Xankəndi şəhərinin yerli xərcləri üçün mərkəzi büdcədən vəsait ayrılmayacaq. Eyni zamanda Ağdərə rayonunun yerli xərcləri yerli gəlirləri hesabına təmin olunacaq və mərkəzi büdcədən vəsait ayrılmayacaq. Bu rayonun yerli gəlir və xərcləri 300 min manat olacaq.
Onu da qeyd bildirək ki, gələn il müstəqillik tariximizdə ilk dəfə olaraq Xankəndi və Ağdərə rayonları üzrə gəlir və yerli xərclər qeydə alınacaq.
Digər şəhər və rayonların yerli gəlirləri onların yerli xərclərindən çox olduğu üçün artıq qalan vəsait mərkəzi büdcəyə yönəldiləcək.