Müstəqil nəsil SSRİ uşaqlarını qabaqladı

Müstəqil nəsil SSRİ uşaqlarını qabaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın müstəqilliyi dövründə doğulmuş vətəndaşların sayı artıq SSRİ dövründə doğulmuş vətəndaşların sayını ötüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı Samir Əliyev paylaşıb. O bildirib ki, bu proses 33 il ərzində baş verdi:

“2024-cü ilin sonuna ölkə əhalisinin təxminən 51%-i və ya 5,2 milyon nəfəri 1991-ci ildən sonra doğulub və onların yaşı hazrda 34-ədək olan dövrü əhatə edir. Halbuki 4 il öncə mənzərə fərqli idi.
Beləliklə, müstəqil Azərbaycanda doğulmuş şəxslərin müstəqil olmayan Azərbaycanda doğulmuşları üstələməsi üçün təxminən 33.5 il zaman tələb olundu”.

Nigar İxtiyarqızı