Müstəqil Kataloniya, sərbəst Messi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kataloniya müstəqil olarsa, Messi kompensasiyasız sərbəst qalacaq. TİA.AZ xəbər verir ki, bu iddianı İspaniyanın “El Mundo” qəzeti irəli sürüb. Xəbərə görə, Messi müqaviləsinə yeni bir maddə əlavə etdirib. Maddədə Kataloniyanın müstəqilliyinin reallaşacağı halda, “Barselona” La Liqadan qovularsa və İngiltərə, Almaniya, Fransa liqalarından birində çıxış etməzsə, Messinin kluba heç bir kompensasiya ödəmədən sərbəst qalacağı bildirilib. Qeyd edək ki, Messinin “Barselona” klubu ilə 2021-ci ilə qədər müqaviləsi var. Vəsilə İbrahim

TİA.AZ