Müstəntiqlər “Crocus City Hall”dakı yoxlamalarla bağlı HƏRƏKƏTƏ KEÇDİ

Müstəntiqlər “Crocus City Hall”dakı yoxlamalarla bağlı HƏRƏKƏTƏ KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyalı müstəntiqlər Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə baş idarəsindən “Crocus City Hall”da yanğın təhlükəsizliyinin yoxlanılmasına dair sənədləri götürüblər.
Təqdim edilən sənələr əsasında FHN tərəfindən “Crocus City Hall”də yoxlamaların aparılıb-aparılmaması, pozuntuların aşkar edilib-edilməməsi, onların aradan qaldırılmasına necə nəzarət edilməsi barədə məlumatlar təhlil olunur.

Qeyd edək ki, “Crocus City Hall” binası əhəmiyyətli risk kateqoriyasına daxil edilən obyektlərə aiddir. Belə obyektlərdə yoxlamalar dörd ildən bir həyata keçirilə bilər. Vahid yoxlama reyestrindən məlum olduğu kimi, orada sonuncu dəfə 2019-cu ildə yoxlama aparılıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Rusiyada 532 mindən əhəmiyyətli risk kateqoriyalı, 130 mindən çox yüksək riskli və 6,7 mindən çox həddən artıq riskli obyekt var.
Eyni zamanda, 2023-cü ilin iyun ayında “Crocus City Hall”a profilaktik yoxlama keçirilib. Belə bir hadisə zamanı pozuntular aşkar edilərsə, onların aradan qaldırılması üçün göstəriş verilə bilər. Tam yoxlamadan fərqli olaraq, bu, profilaktik yoxlama bir gün çəkir və texniki müayinələrə ehtiyac olmur.