Speys TV-nin “Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.
Speys TV-nin “Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət əvvəl E.Gədiklinin oğlu Təhsil Nazilriyinin və ASAN Xidmətin birgə həyata keçirdiyi işə qəbul imtahanında iştirak edib, lakin imtahanda uğursuz nəticə göstərib. İmtahan nəticələrinə görə, E.Gədiklinin oğlu ASAN Xidmətə işə qəbul oluna bilməyib.
Bundan hiddətlənən E.Gədikli ASAN Xidmət və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi imtahanla bağlı ötən gün Speys TV-nin “Hər gün” İnformasiya Proqramında qərəzli videomaterial hazırlayaraq yayımlayıb.
Məsələdən xəbər tutan Təhsil naziri Mikayıl Cabbarov Speys TV-nin prezidenti Vaqif Mustafayevə zəng edib. Nazir V. Mustafayevdən baş redaktorun işdən azad olunmasını istəyib. Bundan sonra V.Mustafayev dünən 15:00-da E.Gədiklini tutduğu vəzifədən azad edib və kanaldan uzaqlaşdırıb.