“Qalatasaray”ın uğurlu qapıçısı Fernando Muslera “Qalatasaray”ın “Sparta Praqa”ya 3-2 hesabı ilə qalib gəldiyi matça damğasını vurub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, UEFA Avropa Liqasının son 16 play-off mərhələsinin ilk matçında mübarizə boyu kritik seyvlər edən Muslera 90-cı dəqiqədə rəqibin zərbəsini böyük ustalıqla dəf edib.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk mətbuat konfransında Musleranı tərifləyib.
Buruk, “Muslera “Qalatasaray” üçün çox önəmlidir. O, həm komanda kapitanı, həm də qapıçı kimi önəmlidir. Muslera ilə yola davam etmək istəyirik” deyib.