MUSİQİ BU DƏRDLƏRİN DƏRMANIDIR

MUSİQİ BU DƏRDLƏRİN DƏRMANIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Musiqinin insan orqanizminə olduqca böyük müsbət təsirləri var. Hətta bir çox ölkələrdə bəzi əhəmiyyətli əməliyyatlar klassik müsiqi sədaları altında həyata keçirilir.

Tribunainfo.az xəbər verir ki, musiqinin insana göstərdiyi təsirlər araşdırılıb. Məlum olub ki, musiqi dinləmək bir baş insan beyninə təsir edir və sakitləşdirici rola malikdir.
Musiqi dinləmək həmçinin depressiyanı azaldır, əsəbləri sakitləşdirir, təzyiqi nizamlayır, yuxu problemi olan insanlara kömək olur.
Həkimlər bildirib ki, musiqi bədəndəki gərginliyi aradan qaldırır, ürək döyüntülərini normallaşdırır, sinir sistemini gücləndirir, və zehni möhkəmləndirir.
Musiqinin insan beyninə digər təsiri də yaddaşla bağlıdır. Belə ki, musiqi yaddaş pozğunluğunu da aradan qaldırır.