Müseyib Bağırovun rəhbərlik etdiyi şirkət cəzalandırıldı – SƏBƏB

Müseyib Bağırovun rəhbərlik etdiyi şirkət cəzalandırıldı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon Məhkəməsində “Soliton LTD” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla şirkət cərimələnib.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu (İstehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: 2002-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 9 000 AZN olan şirkətin qanuni təmsilçisi Müseyib Abbas oğlu Bağırovdur.