backend

Müsəlman Şərqində ilk Demokratik Respublika-TƏDBİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 may Respublika günü münasibəti ilə “Müsəlman Şərqində ilk Demokratik Respublika” adlı tədbir keçirildi.  

Bu gün Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 may Respublika günü münasibəti ilə “Müsəlman Şərqində ilk Demokratik Respublika” adlı tədbir keçirildi. 

Tədbirdə rayonun mədəniyyət, təhsil, Uşaq və Ailələrə Dəstək mərkəzinin işçiləri, məktəblilər iştirak etdilər. Əvvəlcə Mərkəzdə açılmış “Rəngarəng Azərbaycanım” adlı sərgiyə tamaşa edildi. Sonra tədbirin rəsmi hissəsi dəyirmi masa ətrafında davam etdirildi. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, Müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədən ipotensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

Sonra Mərkəzin baş fond mühafizi Bahar Abasova və Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdilər. Məktəblilərin ifasında şeirlər səsləndirildi. 

Tədbirin sonunda “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olundu.