Misirdə “Müsəlman qardaşlar” hərəkatının sabiq başçısı Məhəmməd Mehdi Akif vəfat edib.
Misirdə “Müsəlman qardaşlar” hərəkatının sabiq başçısı Məhəmməd Mehdi Akif vəfat edib.
Bu barədə “Al-Ahram” qəzeti xəbər verib.
88 yaşlı keçmiş hərəkat lideri Qahirə xəstəxanalarının birində vəfat edib.
Məhəmməd Mehdi Akif 2004-2010-cu illərdə “Müsəlman qardaşlar” hərəkatının rəhbəri olub.
Qeyd edək ki, 2013-cü ildə Misir məhkəməsi “Müsəlman qardaşlar” hərəkatının fəaliyyətini qadağan edib və təşkilatın mülkiyyətinin müsadirə olunmasına qərar verib.