backend

Müsəlman ölkələrindəki vəziyyət bizi narahat edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam Ümməti ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi Azərbaycan İƏT-in fəal siyasətinin inkişaf etdirilməsində çox maraqlıdır və qardaş İslam ölkələri ilə münasibətlərini daha da gücləndirməyi hədəf seçib.  

İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam Ümməti ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi Azərbaycan İƏT-in fəal siyasətinin inkişaf etdirilməsində çox maraqlıdır və qardaş İslam ölkələri ilə münasibətlərini daha da gücləndirməyi hədəf seçib. 

Bu məqamda qeyd etməyi özümə şərəf bilirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ilin İslam Həmrəyliyi İli elan olunması ilə bağlı sərəncam imzalayıb.

TİA.AZ-ın XİN-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bir sıra müsəlman ölkələrində mövcud vəziyyətin ümumi mənzərəsi bizim hamımız üçün ciddi narahatlıq yaratmaqda davam edir. Belə ki, bu, İslam həmrəyliyi üçün öhdəliyimizi yenidən təsdiq etməyin və ehtiyacı olanlara dəstəyi artırmağın zəruriliyini göstərir.

O, sessiyanın həsr olunduğu Rohinqyada vəziyyətin İslam dünyası üçün ciddi narahatlıq yaratmaqda davam etdiyini və İƏT üzv dövlətlərindən vahid mövqe tələb etdiyini bildirib: “Ermənistan tərəfindən ölkəmizin bir hissəsinin işğalı və etnik təmizləmə faktları ilə müşayiət olunan hərbi təcavüzünün nəticəsi olaraq uzun müddətdir ki qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan ədalətsizlik və məşəqqətlərdən əziyyət çəkənləri yaxşı başa düşür. Buna görə biz Rohinqyanın mülki əhalisinin öldürülməsi və həbs edilməsi, onların evlərinin və dini ibadət yerlərinin dağıdılması kimi reppressiya hərəkətlərini kəskin şəkildə pisləyir və Myanma rəhbərliyini bu humanitar böhranı aradan qaldırmağa və Myanmanın müsəlman əhali yaşayan hissəsində ləyaqət və sabitliyi bərpa etməyə çağırırıq.

Bu məqamda mən Sivilizasiyalar Alyansının təşəbbüskarlarından biri kimi, Türkiyə Respublikasının dinlər və icmalararası dialoqun təşviq edilməsi məqsədilə buddist və müsəlman icmaları arasında görüşün keçirilməsi ilə bağlı fəaliyyətinə tam dəstəyimizi ifadə edirəm. İnanıram ki, bu yanaşma mühüm əhəmiyyətə malikdir və davam etdirilməlidir. Çünki bu, qarşılıqlı anlaşmanın təşviqi üçün möhkəm əsas yaradaraq daha artıq dərəcədə müəyyənliyin yaranmasına gətirib çıxarır. Ümid edirəm ki, İƏT Kontakt Qrupunun səyləri Mayanma hökuməti və Rakhine ştatında yaşayan müsəlman icması arasında sülhün bərpa edilməsi, onların təhlükəsizliyinin qorunması və onların fundamental hüquqlarının təmin olunması ilə nəticələnəcək”.

Nazir çıxışında İsrail-Fələstin münaqişəsinə də toxunaraq bunun ağrılı məsələ olduğunu vurğulayıb: “Mən qardaş Fələstin xalqına sülh və sabitlik əldə etmək və müstəqil dövlət yaratmaq uğrunda mübarizəsində Azərbaycanın tam dəstəyini bir daha bəyan etmək istərdim. Azərbaycan İsrail-Fələstin münaqişəsinin bu müqəddəs torpaqda çoxdan gözlənilən hərtərəfli, uzunmüddətli və ədalətli sülh, təhlükəsizlik və davamlı inkişafın əldə olunmasının yeganə təminatı olan iki dövlət əsasında həllini dəstəkləyir. Biz İƏT tərəfindən Fələstin xalqını dəstəkləmək və Fələstin məsələsinə xidmət etmək üçün görülən işləri təqdir edirik”.