Müsavat Partiyasının Yasamal üçüncü seçki dairəsindən namizədi Nüşabə Sadıxlı deputat ola bilər. Tribunainfo.az məlumat verir ki, onun dairəsində olan rəqiblərə baxanda bu qənaətə gəlmək olar. Belə ki, hakim partiyanın bu dairədən namizədi Zaman Məmmədovdur. O, laboratoriya müdiridir. Həmin dairədə digər şəxs Bakı Avrasiya Universitetindən dekan Mütəllim Rəhimovdur. Həmçinin, Ana Vətən Partiyasının sədr müavini Yalçın Hacızadə bu dairədən namizəddir. Digərləri isə siyasi-ictimai fəaliyyəti ilə tanınmayan şəxslərdir.
Roman