“Rusiya “sülhməramlı” qüvvələri Kəlbəcər rayonunun ərazisini tərk edib.
Yaxın vaxtlarda tam tərkibdə ölkəmizdən çıxacaqları barədə sevindirici məlumatlar yayılır.
Əminəm ki, “sülhməramlı” adı altında ərazimizdə olan silahlı qüvvələrin öz vətənlərinə dönüşü Azərbaycan və Ermənistan arasınsa sülh prosesinə yalnız müsbət təsir göstərəcək”. Tribunainfo.az bildirir ki. bu fikirləri Müsavat Partiyasının başqanı Arif Hacılı açıqlayıb.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.
Roman