“Qarabağ”da vurduğu qollarla məşhurlaşan Musa Qurbanlı “Yurqarden”lə müqavilə bağladı.
Azərbaycan millisinin də şərəfini qoruyan hücumçu 2026-cı ilə İsveç klubuna məxsus olacaq.
Skandinavların 21 yaşlı forvardı harada görüb-bəyənməsi hər birimiz üçün maraq doğuran sualdır. Məlum məsələdir ki, əcnəbilər Azərbaycan çempionatını izləmirlər. Elə olsaydı, indiyə qədər neçə-neçə istedadlı futbolçumuz çoxdan Avropaya yollanardı.
Musanın transferində mütləq “Qarabağ”ı və Azərbaycan futbolunu yaxından tanıyan adamın “əli” var.
Bəli, bu şəxs ölkəmizə yaxınlığı ilə seçilən, vaxtilə futbolçu kimi “Qarabağ”la “Bakı”nın şərəfini qorumuş, son 10 ildə menecerliklə məşğul olan Boyan İliçdir. Məhz serbiyalı futbol adamı Musanı “Yurqarden”ə təklif edib, danışıqlarda iştirak edib.
2006-07 mövsümündə “Qarabağ”ın, 2007-08 futbol ilində “Bakı”nın uğurları üçün tər tökmüş serbiyalı agent uzun illərdir Azərbaycan klubları ilə əməkdaşlıq edir.
sportinfo.az