İsveçin “Yurqarden” klubuna transfer olunan Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının işçi vizası problemi həll edilib.
Bu barədə klubun idman direktoru Bosse Anderson məlumat verib.
O bildirib ki, Musa ölkə çempionatının 17-ci turunda keçiriləcək “Elfsborq”la mərkəzi matçda oynamağa hazırdır: “Məşqçinin şans verəcəyi halda Qurbanlı meydana çıxacaq”.
Qeyd edək ki, iyulun 22-i olacaq sözügedən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.