Musa Qasımlının Mehdiyev haqqında dedikləri ŞOK etdi…

Musa Qasımlının Mehdiyev haqqında dedikləri ŞOK etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat, təhsil üzrə ekspert Etibar Əliyev AMEA-nın müxbir üzvü Musa Qasımlının illər öncə Ramiz Mehdiyev haqqında dediyi sözləri ictimailəşdirib.

Tribunainfo.az saytının məlumatına görə, E. Əliyev bildirib ki, 2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sı çap olunub və biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” bölməsində AMEA-nın müxbir üzvü Musa Qasımlının ürək sözləri əsl “şedevrdir”.

E. Əliyev M. Qasımlının sözlərindən sitat gətirib:

“Hələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın elm, təhsil və mədəniyyətinin inkisafı ilə bağlı qəbul edilən qərarların hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə
intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin xüsusi xidmətlərinin olduğu danılmazdır.

Dövrün şərtləri çərçivəsində fəaliyyət göstərərək istiqlal ideyamızı boğulmağa qoymayan milli ruhlu dövlət adamlarımıza bugünkü va gələcək nəsillər borcludur.

1980-ci illərin sonlarında Ermənistandan – tarixi torpaqlarından azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan ziyalıların qarşısına çıxmağa, onların suallarını cavablandırmağa mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz Mehdiyev idi.

Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindan vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli Elmlər Akademiyasının kitabxanasında səbrlə işləməsinin, dövrün sovet dövlət və partiya xadimlərinin xalqın içərisində görünməyə cürət
edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmuşam.
Bunu yalnız bütün varlığı və fəaliyyəti ilə xalqına qəlbən bağlı
olan dövlət adamı edə bilər.

Ramiz müəllim mənə həmişə sadə, səmimi va mehriban bir insan təsiri bağışlamışdır.

Onu müstəqil Azərbaycan dövlətinin və millətimizin güclü, möhtəşəm olmasına çalısan bir dövlət adamı kimi qəbul etmişəm. Ramiz müəllim dəyərli əsərləri ilə ölkənin sərhədlərini aşan və mükəmməl elmi məktəbi olan müasir Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə güclü müstəqil dövlət quruculuğu siyasətinin həyata keçirilməsində asas simalardan olan Ramiz Mehdiyevə uzun ömür, möhkəm can sağlığı, dövləti fəaliyyətində və elmi yaradıcılığında uğurlar arzulayıram”.

E. Əliyev bildirib ki, hörmətli Musa Qasımlının Ramiz Mehdiyev haqqında yazdığı məqalənin birinci sözündən sonuncu sözünə qədər hamısı yalandır:

“AMEA-nın müxbir üzvünə belə saxta tərif uydurmağı yaraşdırmadım”.

Gülşən Rəsul