Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi “Yurqorden” bu gün İsveç kubokunda oyuna çıxıb.
Tribunainfo.az xəbər verir ki, komanda 2-ci mərhələdə 1-ci divizionun lideri “Sandvikens”lə qarşılaşır. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayıb. M.Qurbanlı sözügedən görüş üçün start heyətdə yer alıb. O, 12-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub. Bu, Musanın İsveç klubunda ilk qoludur.
Qeyd edək ki, qalib komanda növbəti mərhələyə yüksələcək.
23 avqust
20:00. “Sandvikens” – “Yurqorden” – 0:2 (Birinci hissə)
Qollar: Milleskoq, 10, Musa Qurbanlı, 12