Musa İsveç klubunun ən bahalı transferlərindən olacaq – Açıqlama, təfərrüat

Musa İsveç klubunun ən bahalı transferlərindən olacaq – Açıqlama, təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”dan ayrılan Musa Qurbanlı İsveçə yola düşüb.

Qol.az xəbər verir ki, o, dünən müqavilə bağlayacağı yeni komandası “Djuqarden”in yerli liqadakı ev matçını stadiondan canlı izləyib. Bu görüşdə “Djuqarden” “Varberqs”ə 2:0 hesabı ilə qalib gəlib və turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

 

İsveçin “Expressen” nəşrinin yazdığına görə, Stokholm təmsilçisi hücumçusu Viktor Edvardsenin gedişindən sonda ön xəttə oyunçu axtarışındadır. Bundan başqa, digər hücumçular Coel Asoro və Yakob Berqstremin də bu yay komandanı tərk edəcəyi gözlənilir.

“Djugarden” 2023/24 mövsümündə Konfrans Liqasında yarışacaq. Turnirə ikinci mərhələdən başlayacaq komandanın bu mərhələdə rəqibi İsveçrə təmsilçisi “Lyütsern” olacaq.

Bosse Andersson

“Djugarden”nin idman direktoru Bosse Andersson “Expressen” qəzetinə təsdiq edib ki, Musa Qurbanlı bazar günü Stokholmda olub və komandanın oyununu izləyib: “Bizim danışıqlarımız var. O, mühüm seçim edir. Biz onun Stokholma gəlməsi üçün icazə aldıq, bu gün (dünən – red.) də səfər gerçəkləşdi”.

Qəzet yazdığına görə, transfer hələ yekunlaşmayıb. Amma “Djugarden” tərəfdən müqavilənin bağlanması üçün konkret maraq var. Musa barədə danışan Bosse Andersson daha sonra deyib:

“Mənim onun haqda təəssüratım yaxşıdır. O, “Qarabağ” və milli komandada oynayır, çoxlu qol vurub” – deyə klub rəsmisi bildirib.

Qəzetin yazdığına görə, M.Qurbanlı “Djugarden”ə 6 milyon İsveç kronuna (bugünkü məzənnəyə uyğun olaraq 510 min avro – red.) başa gələcək. “Bu, klub tarixinin ən bahalı transferlərindən olacaq” – deyə qəzetin məlumatında bildirilir.

Əlavə edək ki, M.Qurbanlı ilə 3 illik müqavilə imzanacağı, “Qarabağ”ın bu transferdən yarım milyon avro, futbolçunun özünün isə ilinə 200 min avro qazanacağı gözlənilir.