Müğənni Təranə Qumral “Gün ortası” verilişində qonaq olub.
İfaçının həyat yoldaşı, müğənni Musa Musayevlə bağlı açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o, həyat yoldaşının ondan əvvəl dünyasını dəyişməsini istədiyini bildirib:”Musa həmişə namazda Allaha dua edir ki, birinci mənim canımı al. Mən də bunu istəyirəm. Çünki mən onu şanlı-şöhrətli dəfn etdirməliyəm. İndi yas yerlərinə gedənlər deyir ki, “nə gündə keçdi”. Musa məndən əvvəl rəhmətə getsə, üzrlü say, səni şanlı-şöhrətli dəfn etməliyəm ki, dillərə dastan olsun. Əgər mən birinci ölsəm, onu o cür dəfn edən olmayacaq. Ondan 3 gün sonra da özüm ölərəm. Qoy, məni dəfn edən olmasın”. (Axşam.az)