Misirdə hərbi çevrilişdən sonra devrilən prezident Abdullah Mursinin oğlu Qahirədə həbs edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məhəmməd Mursinin hansı səbəbdən həbs edildiyi açıqlanmır.
Qeyd edək ki, 2013-cü ildə hərbi çevrilişdən sonra Abdullah Mursini Əbdülfəttah Sisi əvəz edib.