TV8-də yayımlanan “O səs Türkiyə” müsabiqəsinin ikinci turunda azərbaycanlı iştirakçılar Mehman Tağıyev və Pərvaz İbrahimli yarışıb.
TV8-də yayımlanan “O səs Türkiyə” müsabiqəsinin ikinci turunda azərbaycanlı iştirakçılar Mehman Tağıyev və Pərvaz İbrahimli yarışıb.
TİA.AZ xəbər verir ki, “Sarı gəlin” ilə hər kəsi özünə heyran qoyan Mehman Tağıyev “Ay qız” mahnısını səsləndirib. “Gecələr” mahnısı ilə tamaşaçıların alqışını toplayan Pərvaz İbrahimli isə “Ayrılıq” mahnısını ifa edib. Pərvazın ifası Hadisə ilə Sibel Canı kövrəldib.
Azərbaycanı iştirakçıların performansından sonra Murat Boz Azərbaycan və Türkiyənin dostluq münasibətindən danışıb: “İkiniz də Azərbaycandan gəlmisiniz. Biz ölkə olaraq çətin zamandan keçirik. Bu zaman zərfində yanımızda olan ölkələr, millətlər var. Hər zaman söyləyirik ki, Azərbaycan bizim üçün önəmli ölkədir, Allah yoxluğunu göstərməsin. Nə zaman Azərbaycana getsək, bizi öz vətəndaşları kimi qarşılayıblar. Ora inanılmaz istedadlı şəxslər yetişdirir. Biz Azərbaycana, Azərbaycan da bizə dəstək olmalıdır. O zaman iki ölkənin kürəyi yerə gəlməz. Var olsun, Azərbaycan. Var olsun, Türkiyə”.
Hər iki ifaçıya gözəl ifaya görə təşəkkür edən Sibel Can növbəti mərhələ üçün Mehman Tağıyevi seçib.