Bu yaxınlarda Diyarbəkirdə verdiyi konsert zamanı üzünə alışqan atılan müğənni Murat Boz ötən axşam yaxın dostu Seda Bakanın yeni layihəsinin qala gecəsinə qatılıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Boz jurnalistlərlə söhbəti zamanı eşqdə axtardığı kriteriyalardan danışıb.
Uzun müddətdir həyatında heç kim olmadığını bildirən Boz bildirib ki, sevgiyə qapalı deyiləm. Sadəcə son dövrlərdə təkəm. Sevgilim olarsa açıqlama verəcəyəm.
Məşhur müğənniyə sevgilisi üçün axtardığı kriteriyalar barədə sual verilib. Murat Boz bu suala “Bu iş bir enerji işidir. Bir az da bir-birimizi tanımaq… Birlikdə bacararıq. Yetər ki, eyni yolda getməyə söz verək və ürəyi gözəl olsun”, – deyib.
Ceyran