backend

MÜNAQİŞƏLİ AİLƏLƏRİN ÇOXU BAKIDADIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadənin bu gün mətbuata verdiyi açıqlamada Daxili İşlər Nazirliyi tərəfindən təkcə 2016-cı il ərzində respublika üzrə 4114 münaqişəli ailənin, Bakıda isə 711 münaqişəli ailə qeydiyyata götürüldüyünü bildirib. 


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadənin bu gün mətbuata verdiyi açıqlamada Daxili İşlər Nazirliyi tərəfindən təkcə 2016-cı il ərzində respublika üzrə 4114 münaqişəli ailənin, Bakıda isə 711 münaqişəli ailə qeydiyyata götürüldüyünü bildirib.

Münaqişəli ailələrin sayının nəzərəçarpacaq dərəcədə artması mütəxəssislər tərəfindən həyəcanla qarşılanır. 

NLP Master Trener Babək Bayramov TİA.AZa bildirdi ki, ailə üzvlərinin bir-birlərindən gözləntiləri çoxalıb: “Yəni insanlar qarşı tərəfin hansısa davranışlar edəcəyini, hansısa davranışları etməyəcəyini gözləyirlər. Qarşı tərəf onun gözlədiyi kimi davranmayanda artıq sıxıntılar meydana gəlir. Bu sıxıntılar çoxaldıqca dolanışıqsızlığa, hətta şiddətli münaqişəyə çevrilir. Qərb mədəniyyəti media vasitəsilə fasiləsiz olaraq, ölkəmizdə təlqin olunmaqdadır. Eyni zamanda informasiya texnologiyalarının inkişafı insanların dünya görüşünə təsir etməkdədir. Əlavə olaraq, son dövrdə dünya iqtisadiyyatındakı geriləmələrin Azərbaycana təsiri də insanlara sosial-psixoloji təsir edir. Bütün bu baş verənlər insanların bir-birindən gözləntilərinə təsir edir, onları dəyişdirir. Nəticədə ailələrdə münaqişələrin artmasına təsir göstərir. Hətta məndə olan məlumata görə, boşanmaların sayı il ərzində 12 000-i keçir”. 

Ailə məsələri üzrə ekspert Zaur Tahirsoy münaqişəli ailələrin sayının çoxalmasının səbəblərinin daha çox olduğunu bildirdi: “Birinci səbəb var olan mütəxəsislər əksər halda yaşlı nəslin numayəndələridir və gənclərin probleminə doğru yanaşa bilmirlər. Onlar öz zamanlarına uyğun yanaşırlar. Əlavə olaraq, problemin mənşəyinə toxunmaq əvəzinə, motivlərə toxunurlar. Bir sözlə düzgün istiqamətdə iş aparmırlar. Boşanma aktlarının artması buna real sübutdur. İkinci səbəb, kişilər atalarından gördükləri ailə başçısı modelini tətbiq edirlər. Halbuki, müasir qadının tələbləri tam başqadır. Təbii ki, tələblər başqadırsa, yanaşma da fərqli olmalıdır. Üçüncü səbəb, valideynlərin müdaxiləsidir ki, bu əsas və başlıca səbəblərdən biridir. Valideynlər övladlarının xoşbəxtliyindən çox öz eqo və kaprizlərini güdürlər. Digər səbəb, seçim mərhələsində cütlük sevgi və gözəlliyi ön plana çıxardaraq, ona uyğun rəftar edirlər. Halbuki, “sevgi” və gözəllik dəyişkən amillərdir.    

Dəyişkən ünsür üzərində mürəkkəb struktur qurmaq mümkün deyil. Eləcə də tərəflər bir-birilərinə güzəştə gedə bilmirlər. Çünki kişilərin yol verdiyi səhvlər çətin həzmə gedir. Bir başqa səbəb də kişilər yalan, qeybət, başqasının namusuna sataşmaq, qadına xəyanət etməklə “kişilik ətrini” itirirlər. Nəticədə qadının gözündəki əzəməti itirirlər. Əslində qadın kişiyə sığınmağı sevir. Sonuncu səbəb, texnologiyanın sürətli inkişafı yaşlı və gənc nəsil arasında böyük fasilə yaradır. Eyni zamanda kütləvi informasiya vasitələrində təbliğ edilən ailə modeli gənc ailələrdə natamamlıq və bədbinlik hissi yaradır və problemləri yaradan səbəblərə ağız boşluğu xəstəliyini, bir tərəfli doyumla nəticələnən intim münasibəti, kişilərin xanımlarına qarşı “haqlı” diqqətsizliyini də qeyd etmək olar”. Ekspert hesab edir ki, məsələnin həlli üçün ilk öncə müasir ailə başçısı modeli yaradılmalıdır. Beləki, bu modeli yaradarkən həm müasirlik, həm də milli mental dəyərlər nəzərə alınmalıdır: “Klassik ailə başçılarından “miras” qalmış “arvada qulaq asmaq olmaz”, “arvadın sözünə qulaq asır” bu qəbildən olan bütün yanlış yanaşmalardan xilas olmaq lazımdır. Həmin model təbliğ edilməlidir. Gənclər ailə qurmazdan öncə seminarlara qatılmalı və ailə dəyərlərinin nə olduğunun fərqinə varmalıdır”.

İLAHƏ