ABŞ və Rusiya arasında heç bir rəsmi əlaqə olmadığından Dağlıq Qarabağ münaqişəsinin mümkün müzakirəsi barədə danışmaq məntiqli deyil.
ABŞ və Rusiya arasında heç bir rəsmi əlaqə olmadığından Dağlıq Qarabağ münaqişəsinin mümkün müzakirəsi barədə danışmaq məntiqli deyil.
Report xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyaın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillersonun mümkün əməkdaşlığı məsələsini şərh edərkən deyib.
“Təhkəsizlik təhdidlərinin özünü qiymətləndirmək haqqı olan ABŞ-ın mövqeyini şərh etmədən demək istəyirəm ki, münaqişənin özü, əlbəttə ki, ilk növbədə, Ermənistan və Azərbaycanın təhlükəsizlik, sabitlik və gələcək inkişafına birbaşa təhdiddir”, – M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında rəsmi əlaqələrin olmaması fonunda Dağlıq Qarabağ probleminin mümkün müzakirəsini şərh etmək məntiqli deyil.
“Gəlin bu əlaqələrin olacağı zamanı gözləyək. Çünki yalnız bundan sonra tərəflər müəyyən məsələləri müzakirə edə bilər”, – o, əlavə edib.