Cənubi Koreya ordusu Şimali Koreyanın iki ölkəni birləşdirən bəzi yolları partlatdığını açıqlayıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Cənubi Koreya ordusunun partlayışlardan zərər görmədiyi bildirilib.
Şimali Koreya Xalq Ordusundan verilən açıqlamada Şimali Koreya ərazisini Cənubi Koreya ərazisindən tamamilə ayıracaq mühüm layihə üzərində çalışdıqları bildirilib. Cənubi Koreya ordusu Şimalın bu layihə çərçivəsində iki ölkəni birləşdirən yolları partlatmağa hazırlaşdığı barədə xəbərdarlıq etmişdi.
Dəniz Pənahova