Bir günlük müharibə Ukraynaya 100 milyon dollara başa gəlir.
Tribunainfo.az xəbər verir ki, bunu Ukraynanın eks-müdafiə naziri Aleksey Reznikov Ukrinform-a müsahibəsində deyib.
Soruşublar ki, niyə cəbhədə pilotsuz uçuş aparatları azdır və niyə onlar büdcə vəsaiti ilə deyil, vətəndaşların könüllülərə bağışladığı vəsaitlə alınır?
“Mən sizə deyə bilərəm ki, 2022-ci il fevralın 24-dən bu günə qədər könüllülərin yardımı müharibəyə göndərilənlərin 3%-ni təşkil edir. Müharibənin bir günü bizə 100 milyon dollara başa gəlir. İndi bütün hörmətli böyük könüllü fondların büdcələrini götürün, görün nə qədər yığırlar. Və ümumiyyətlə gündə 100 milyon dollar xərcləyən dövləti götürün. Sadəcə, bu barədə düşünün”, – Reznikov deyib.
“Əslində bunu Ukrayna vətəndaşları edir – işləyənlər, çünki vergi ödəyirlər və bu vergilər büdcəyə gedir, bu büdcədən də orduya gedir. Ordu bu gün ən çox vəsait istehlakçısıdır. Amma bütövlükdə ölkənin saxlanması üçün də vəsait lazımdır: infrastruktur, yenidənqurma, sosial müdafiəsizlərə dəstək. Ona görə də bizə işləmək və vergi ödəmək lazımdır. Bizneslər aktiv olmalı, sahibkarlara dəstək olmalıdır”, – ukraynalı nazir bildirib.
O qeyd edib ki, dronlarla bağlı müqavilələr haqqında danışmağa haqqı yoxdur, lakin bildirib ki, “rəsmi olaraq yalnız müxtəlif tipli 30 modeldən ibarət yeni Ukrayna pilotsuz uçuş aparatları istismar üçün təsdiqlənib: kəşfiyyat, zərbə, kamikadze və s. O cümlədən 10 model FPV dronları.
Reznikovun sözlərinə görə, onların istehsalının sayı istehsalçıların özlərindən asılı olacaq, lakin dövlət dövlət vəsaitləri hesabına istehsal olunanları da almağa hazırdır.
Xatırladaq ki, Aleksey Reznikov Ali Radaya Ukraynanın müdafiə naziri vəzifəsindən istefa ərizəsi təqdim edib və hesabat verməyə hazır olduğunu bildirib.
Reznikovun yerinə təyin olunması planlaşdırılan Rüstəm Umerov Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsindən istefa ərizəsini parlamentə təqdim edib.