Qəzzada ölənlərin sayı 8 min 796 nəfərə çatıb.
Tribunainfo.az xəbər verir ki, 26 gündür davam edən müharibədə mülki əhalinin olduğu ərazilər hədəfə alınır. Müharibədə qadın və uşaqlar başda olmaqla bir çox vətəndaş həyatını itirib.
İsrailin xəstəxanaları, məscidləri və kilsələri vurması nəticəsində insan faciəsinin yaşandığı bölgədə sağ qalan vətəndaşlar da həyatda qalmaq üçün mübarizə aparır.


