“Müharibədə Ermənistan ordusunun 2/3-ü iştirak etməyib”

“Müharibədə Ermənistan ordusunun 2/3-ü iştirak etməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük müharibədə ordumuzun 2/3 hissəsi iştirak etməyib”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan MN-in keçmiş müavini Artak Zakaryan deyib.

O iddia edib ki, Vətən Müharibəsində əsas güc separatçıların qondarma “müdafiə ordusu”nun üzərinə düşüb.

Zakaryan silahlarla bağlı da danışıb. “Silahlara gəlincə, bəli, bir çox silah növləri nəinki istifadə olunmadı, həm də özlərinə görə diqqətsizlikdən zərər gördülər. Əgər Ermənistana bir az məsuliyyətli və vicdanlı şəxs rəhbərlik etsəydi, 44 günlük müharibəni uduzmazdıq”.