“Müharibə vaxtı nə seçki?” – Ukraynalılar sözünü dedibackend

“Müharibə vaxtı nə seçki?” – Ukraynalılar sözünü dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna vətəndaşlarının mütləq əksəriyyəti parlament və prezident seçkilərinin müharibə başa çatdıqdan sonra keçirilməsinin tərəfdarıdır.

Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 30 sentyabr – 13 oktyabr 2023-cü il tarixləri arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.ş

2023-cü ilin oktyabrına olan məlumata görə, respondentlərin 81%-i seçkilərin müharibədən sonra keçirilməli olduğu qənaətindədir.
Respondentlərin 16%-i isə hesab edir ki, müharibəyə baxmayaraq, seçkilər Konstitusiya ilə müəyyən edilmiş vaxt çərçivəsində (2023-cü ilin oktyabrında parlament, 2024-cü ilin martında prezident seçkiləri) keçirilməlidir. Respondentlərin 3%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.
Sosioloqların qeyd etdiyi kimi, Ukraynanın bütün regionlarında əhalinin əksəriyyəti müharibə dövründə seçkilərin keçirilməsinə qarşıdır. Ukraynanın qərbində bu təklifi respondentlərin 84%-i, mərkəzdə 82%-i, cənubunda 79%-i və şərqində 74%-i dəstəkləyir.