Müharibə Rusiyaya keçdi! Moskva darmadağın edilir, Putinə deyilir ki… – TƏHLİL

Müharibə Rusiyaya keçdi! Moskva darmadağın edilir, Putinə deyilir ki… – TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya paytaxtına dron hücumu göstərir ki, Qərb daxildə qarışıqlıq yaratmaq niyyətindədir. Məqsəd Moskvanın artıq təhlükəsiz yer olmadığını nümayiş etdirməkdir. Tribunainfo.az-ın analitik şöbəsi yazır ki, Moskvaya dron hücumları davam edəcək. Artıq rus xalqına mesaj verilir ki, sizin sakit günləriniz olmayacaq. Ukrayna müharibəsi Rusiya ərazisinə keçid edib. Faktiki olaraq, savaş həm də Rusiya cəbhəsində gedir. Beynəlxalq birlik Putinə siqnal ötürür ki, Ukraynada başladığınız işğalçı əməliyyatlara görə tez-tez cavab alacaqsınız. Qərb koalisiyası Putinlə uzunmüddətli müharibəyə hazırlaşıb. Ona görə Moskvada təhlükəsizlik tədbirləri, hava hücumundan müdafiə sistemləri məcburən gücləndiriləcək. Eyni zamanda, Moskva yaşamaq üçün qorxulu şəhərə çevrilir. İnsanlara panika yaşadılır, həyəcan içərisində saxlanılırlar. Təbii ki, Zelenski Kiyevə və Odessaya hücumlara görə qisas əməliyyatları həyata keçirir.