“Müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz”

“Müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya işğalçıdır, azad dünya Kiyevə kömək etməlidir”.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Anjey Duda rəsmi “X” hesabında yazıb:

“Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı mənim hərəkətlərim və mövqeyim ilk gündən məlumdur: Rusiya beynəlxalq hüququ pozur, təcavüzkar və işğalçıdır. Rusiyanın Ukraynaya hücumu və Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, o cümlədən Krımı işğal etməsi cinayətdir. Bu müharibə Rusiyanın qələbəsi ilə bitə bilməz. Rusiya imperializmi dayandırılmalı, məğlub edilməli və gələcək üçün bloklanmalıdır”.